Sergey Bubka: Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədə idi

Sergey Bubka: Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədə idi
30-06-2015 / 08:00 BAKI-2015
827

“Avropa Oyunlarında 46 medalın qazanılması möhtəşəm nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib.

 

Atletika əfsanəsi 2 gün əvvəl başa çatan Bakı-2015 I Avropa Oyunlarının yekunlarını dəyərləndirib: “Bundan başqa, 30-dan artıq idmançımız 4-5-ci yerləri tutub. Bu da idmançılarımızın yüksək potensialından xəbər verir. Avropa Oyunları təşkilatçılığı yüksək səviyyədə idi. Bu idman yarışlarının formatı da çox maraqlı idi. Eyni yarışda olimpiya, qeyri olimpiya və paralimpiya növlərində idmançılar çıxış edirdi”.

 

Qeyd edək ki, Bubka atletikanın şüvüllə tullanma növündə 17 dəfə dünya rekordu yeniləyib.