AÇ-2016: “Fransa cütün favoritidi” - Almaniya yığmasının rəsmisi

AÇ-2016: “Fransa cütün favoritidi” - Almaniya yığmasının rəsmisi
06-07-2016 / 15:53 AÇ-2016
564

“Fransa yığması bu cütlüyün favoritidi. Onların cüzi üstünlüklərinin olduğunu düşünürəm”. Apasport.az saytı xəbər verir ki, bunu Almaniya millisinin meneceri Oliver Birhoff deyib.

 

Bundestim Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində sabah meydan sahibi Fransa millisi ilə üz-üzə gələcək. Birhoff rəqibin finala yüksəlmək şansının daha çox olduğu fikrindədi: “İslandiya üzərindəki qələbə onların futbolçularına əlavə özünəinam qazandırdı. Onu da unutmayaq ki, 1/4 finalda fransızlar 90, biz isə 120 dəqiqə mübarizə apardıq. “Velodrom” stadionunda Fransa millisini 62 min azarkeş dəstəkləyəcək. Üstəlik, rəqibin heyətində itkilər yoxdu. Əvəzində bizim heyətlə bağlı kifayət qədər problemlərimiz var. Ancaq yenə də futbolçularımız “döyüşə” hazırdılar”.

 

48 yaşlı mütəxəssis Almaniya millisinin uğurlarından da bəhs edib: “Almaniya yığmasında çalışdığım dönəmdə 11 böyük turnir görmüşəm. Bunun isə 9-da komandamız yarımfinala qədər irəliləməyi bacarıb. Bu, möhtəşəm göstərici olmaqla yanaşı, Almaniya futbolunun gücünü göstərir. 1990-cı ildə aparılan gəncləşdirmə siyasəti zamanı buraxılan səhvi bir daha heç vaxt təkrarlamadıq”.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə bu gün Portuqaliya ilə Uels yığmaları qarşılaşacaqlar.