AÇ-2016: Ronaldo rekorda şərik oldu

AÇ-2016: Ronaldo rekorda şərik oldu
07-07-2016 / 00:19 AÇ-2016
565

AÇ-2016-nın ilk yarımfinal qarşılaşmasında Uelslə oyunda hesabı açan Portuqaliyanın hücumçusu Ronaldo üçün bu qol əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matçın 50-ci dəqiqəsində başla fərqlənən “Real”ın ulduzu Avropa çempionatlarında 9-cu qoluna imza atıb.

 

Bununla da o, əfsanəvi Mişel Platininin rekorduna ortaq olub.

 

Qeyd edək ki, keçmiş fransız futbolçu qitə birincilikləri tarixində 9 qola imza ataraq uzun illərdi ki, bu rekordu əlində saxlayırdı.