AÇ-2016: Fransa finalda!

AÇ-2016: Fransa finalda
08-07-2016 / 00:52 AÇ-2016
5353

AÇ-2016-da ikinci finalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, Almaniya ilə Fransa milliləri qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar.

 

Matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. Ancaq azarkeşlər ilk qolu görmək üçün birinci hissənin sonuna kimi gözləməli olublar. Oyunun 45-ci dəqiqəsində təyin olunan penaltini Antuan Qrizman dəqiq yerinə yetirib.

 

Almaniya ikinci hissədə bunun əvəzini çıxmaq üçün irəli atılsa da, əvəzində qapısında qol görüb. Sol cinahdan Poqbanın asmasından sonra kobud səhvə yol verən Noyerin xətasını Qrizman bağışlamayıb.

 

Bundan sonra oyunda başqa qol olmayıb və Fransa finalda Portuqaliyanın rəqibi olub.

 

Avropa çempionatı

Yarımfinal mərhələsi

7 iyul

 

Almaniya - Fransa - 0:2

Qollar: Qrizman, 45 (pen.), 72

 

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

 

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 7. Bastian Şvaynştayger, 8. Mesut Özil, 11. Yulian Draksler, 13. Tomas Müller,  14. Əmrə Can, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi,  6. Sami Xedira,9. Andre Şürrle, 10. Lukas Podolski, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane, 23. Mario Qomes

 

Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet,  4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne,  20. Kinqsli Kuman