AÇ-2016: Final matçı üçün 3400 polis

AÇ-2016: Final matçı üçün 3400 polis
10-07-2016 / 01:28 AÇ-2016
515

AÇ-2016-nın final oyunu ilə bağlı matçın baş tutacağı Paris şəhərinin polis idarəsi ciddi iş rejiminə keçib. Apasport.az saytının məlumatına görə, polis bu gün Parisin mərkəzi meydanı olan Yelisey çölündə təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədi.

 

Fransa mətbuatında yer alan xəbərə görə, bu meydanda 3400-ə yaxın polis əməkdaşı xidmət edəcək.

 

Xatırladaq ki, Fransa DÇ-1998-in qalibi olduqdan sonra azarkeşlər məhz mərkəzi meydana axışaraq, qələbəni qeyd etmişdilər. Ancaq bu dəfə eyni hadisə yaşanmayacaq. Belə ki, sıxlıqda əhalinin zərər görəcəyindən ehtiyat edən Paris polisi meydana azarkeş axınının qarşısını alacaq.

 

Qeyd edək ki, Portuqaliya – Fransa oyunu bu gün saat 23:00-da start götürəcək.