AÇ-2016: Finalın ən yaxşısı - FOTO

AÇ-2016: Finalın ən yaxşısı - FOTO
11-07-2016 / 02:16 AÇ-2016
760

AÇ-2016-nın final matçının ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliya – Fransa oyununun ən yaxşısını azarkeşlər seçiblər.

 

UEFA-nın saytında keçirilən sorğunun qalibi çempionun – Portuqaliyanın müdafiəçisi Pepe olub.

 

Qarşılaşmanın başlama saatına qədər oynayıb-oynamayacağı şübhə altında olan futbolçu görüşü yüksək səviyyədə keçirərək, komandasının çempionluğunda önəmli rol oynayıb.