AÇ-2016-nın ən yaxşısı müəyyənləşdi

AÇ-2016-nın ən yaxşısı müəyyənləşdi
11-07-2016 / 17:56 AÇ-2016
707

AÇ-2016-nın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünən başa çatan turnirin ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb.

 

7 oyunda vurduğu 6 qolla ən yaxşı bombardir kimi “Qızıl buts” alan hücumçu ikinci fərdi mükafata da yiyələnib. 25 yaşlı hücumçu 13 mütəxəssisdən ibarət texniki müşahidəçilərin qərarına əsasən seçilib.

 

Qeyd edək ki, Qrizmannın çıxış etdiyi Fransa millisi finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzub və 2-ci yeri tutub.