“Demyanenko köhnə rəqibinə uduzduğu üçün məyus idi” – Olimpiya çempionu

“Demyanenko köhnə rəqibinə uduzduğu üçün məyus idi” – Olimpiya çempionu
07-09-2016 / 10:52 Rio-2016
2963

“Biz Valentin Demyanenko ilə nə dostuq, nə də düşmən. Onun mükafatlandırma mərasimində özünü o qədər də mehriban aparmamasının səbəbi yəqin ki, üzgünlüyü ilə bağlıydı”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı kanoeçi Yuri Çeban deyib.

 

Rio-2016-da 200 m məsafəyə yürüşdə Olimpiya çempionu olan idmançı vətənində müsahibə verib. O, Azərbaycanı təmsil edən və Olimpiadanı ikinci yerdə başa vuran Valentin Demyanenko ilə münasibətlərindən də danışıb. Çebanın sözlərinə görə, yığmamızın şərəfini qoruyan həmyerlisi istəyinə çata bilmədiyi üçün fəxri kürsüdə küskün dayanıb: “O ya qızıl medal ala bilməməsinə, ya da məhz mənə, köhnə rəqibinə uduzduğu üçün məyus idi. Amma Demyanenkonu mühakimə etmək mənlik deyil. Çünki hərənin öz fikri var”.

 

Qeyd edək ki, Demyanenko final yürüşündə lider olsa da, son metrlərdə Çebana uduzub.