Rio-2016: Paralimpiya Oyunlarında ilk günün yekunu

Rio-2016: Paralimpiya Oyunlarında ilk günün yekunu
09-09-2016 / 01:19 Rio-2016
2598

Rioda XV Paralimpiya Oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi mötəbər yarışda 25 idmançı ilə təmsil olunur.

 

Artıq 4 illiyin ən möhtəşəm yarışında ilk gün geridə qalıb. Startda 7 idmançımız mübarizəyə qoşulub.

 

Cüdo

Ramin İbrahimov (60 kq) – 5-ci yer

Bayram Mustafayev (66 kq) – gümüş medal

 

Atletika

Elçin Muradov (uzununa tullanma) – 5-ci yer

Yelena Çebanu (100 metr qaçış) – yarımfinala yüksəlib

Elmir Cəbrayılov (400 metr) – yarımfinala yüksəlib

 

Üzgüçlük

Dmitri Saley (100 metr, kəpənək) – finala yüksəlib

Roman Saley (100 metr, kəpənək) – finala yüksəlib