Millimiz Rioda ilk “qızıl”ı qazandı

Millimiz Rioda ilk “qızıl”ı qazandı
09-09-2016 / 23:34 Rio-2016
3526

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, cüdoçumuz Ramil Qasımov (73 kq) mötəbər turniri qələbə ilə başa vurub.

 

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

 

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev mübarizəni "gümüş"lə başa vurmuşdu.