Rio-2016: Yığmamız daha bir medal qazandı

Rio-2016: Yığmamız daha bir medal qazandı
15-09-2016 / 09:18 Rio-2016
2368

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley yığmamıza növbəti uğuru qazandırıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz arxası üstə üzmə yarışında gümüş medala sahib olub.

 

Finiş xəttinə ikinci çatan Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.

 

Qeyd edək ki, bundan əvvəl o batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib. Ötən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.

 

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.