Azərbaycan çempionu “Fənərbaxça”ya biabırçı hesabla uduzdu - YENİLƏNİB

Azərbaycan çempionu “Fənərbaxça”ya biabırçı hesabla uduzdu - YENİLƏNİB
11-01-2017 / 21:36 TOP OYUNLARI
3984

Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ilk turda “Dabrova Qornitsa”nı (Polşa) məğlub edən “Azərreyl” bu dəfə Türkiyədə “Fənərbaxça”nın qonağı olub.

 

İstanbulda keçirilən oyun Azərbaycan çempionu üçün biabırçı məğlubiyyətlə yekunlaşıb.

 

İlk setdə rəqibindən sadəcə 12 xal almağı bacaran "dəmiryolçular", ikinci hissədə nisbətən fəallaşıblar. 

 

Lakin Famil Ağayevin yetirmələrinin gücü sadəcə 19 xala çatıb.

 

Üçüncü və həlledici set isə əsl fiasko olub. "Sarı bülbüllər" təmsilçimizə sadəcə 9 xal qazanmağa imkan veriblər.

 

Çempionlar Liqası

C qrupu

II tur

“Fənərbaxça” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) - 3:0 (25:12, 25:19, 25:9)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simone Santi (İtaliya)

İstanbul. Burhan Felek Voleybol Salonu

 

 

Fənərbaxça

2

2

0

6-0

150-103

6

Dabrova Qornitsa

2

1

1

4-4

189-173

3

Azərreyl

2

1

1

3-4

133-169

3

Sen-Rafael

2

0

2

1-6

143-170

0