Zavodda işləyirdi, “Arsenal”a keçdi - FOTO

Zavodda işləyirdi, “Arsenal”a keçdi - FOTO
11-01-2017 / 14:57 FUTBOL
418

İngiltərənin “Arsenal” klubunun 7-ci liqadan transfer etdiyi Kohen Bramellə bağlı maraqlı məqam üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Non-liqanın “Hednesford” klubundan transfer olunan sol cinah müdafiəçisi London nəhənginə keçənədək avtomobil zavodunda çalışırdı.

 

“Bentli Motors” zavodunun sabiq əməkdaşı 1 ay əvvəl bu işindən azad edildiyini təəssüflənməyə bilər. Çünki həftədə 400 funt sterlinq əldə edən 20 yaşlı gənc “Arsenal”da 3 min qazanacaq.


Arsen Vengerin tapıntısı hara düşdüyünü inanmadığını bildirib: “Hələ də buna inana bilmirəm. Arzularım gerçəkləşdi. Artıq mən burdayam. 1 ay əvvələdək istehsal xəttində dayanıb, maşınları benzin, motor və yuyucu yağları ilə doldururdum. Həftənin 5 günü səhər 6:30-dan 17:15-dək çalışmalı idim”.
 

50 min funt sterlinqə transfer olunan Kohen bir müddət “Arsenal”ın U-23 komandasında çıxış edəcək. O, əvvəllər “Şeffild Uensdey” və “Kristal Pelas”da baxışda olsa da, bəyənilməyib.

 

Bramell Non-liqadan Premyer Liqaya irəliləyən ilk oyunçu deyil. Onadək bir sıra belə futbolçular məşhurlaşa bilib. Onlardan sonuncusu “Halifaks”dan “Lester”ə keçib, məşhurlaşan Ceymi Vardidi.