DÇ-2026-ya namizəd 3 ölkə

DÇ-2026-ya namizəd 3 ölkə
11-01-2017 / 15:17 FUTBOL
355

2026-cı ildə yeni formatda keçiriləcək dünya çempionatı ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, təşkilatçıları indi də mundiala neçə komandanın ev sahibliyi etməsi düşündürür.

 

DÇ-2026-da iştirakçı sayının 32-dən 48-ə yüksəlməsi mundialın bir ölkədə keçirilməsi ehtimalını azaldır. Yeni formatda baş tutacaq ilk dünya çempionatını qəbul etməyə namizəd ölkələr də bəllidi. Belə ki, yarışın 3 ölkədə - ABŞ, Kanada və Meksikada oynanılması ehtimalı ortaya atılıb.

 

Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) prezidenti Viktor Montaqlianinin açıqlaması da bu ehtimalı gücləndirir. O, ABŞ, Kanada və Meksikanın DÇ-2026-ya birlikdə ev sahibliyi edəcəyini istisna etməyib: “Qaydalar da buna icazə verir. 48 komandalı dünya çempionatına ev sahibliyi etmək üçün infrastruktur daha güclü olmalıdı. Bu 3 ölkənin birlikdə mundialı təşkil etməsi asan olacaq”.

 

Qeyd edək ki, yeni formata əsasən, mundialda 80 oyun keçiriləcək.