İran voleybolunda görünməmiş hadisə - FOTO

İran voleybolunda görünməmiş hadisə  - FOTO
11-01-2017 / 15:35 TOP OYUNLARI
1799

İran millisinin voleybolçusu Maedeh Borhani ölkəsinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, xanım hücumçu vətənindən kənarda forma geyinəcək ilk oyunçu adına yiyələnib.

 

183 sm boya malik 29 yaşlı Borhani karyerasını Bolqarıstanda davam etdirəcək. O, 7 turdan sonra aktivində 2 qələbə olan və 6-cı yerdə qərarlaşan “Şumen”lə anlaşıb.

 

İranlı voleybolçunun tarixi qərarı isə Avropada da diqqət mərkəzinə düşüb. İtaliya mətbuatı bu xəbəri manşetə çıxardığı halda, BBC Borhani haqda film çəkəcək.

 

Hücumçunun meneceri Mehmet Başaran bildirib ki, bu yeni tarix oyunçunun öz istəyi ilə rəsmiləşib: “Borhani İranın legioner həyatı yaşayan ilk legioneri oldu. O, ölkə xaricinə çıxmaq istəyirdi. Biz də onun şərtlərini qəbul edən komandanı tapdıq və transferini gerçəkləşdirdik. Avropada oynayacaq ilk iranlı oyunçu olduğu üçün BBC ona həsr olunan film çəkəcək. Həqiqətən tarixə düşən çox əhəmiyyətli transfer oldu”.

 

Borhaninin Bolqarıstan Voleybol Federasiyasının verəcəyi icazə ilə yeni komandasında da çarşabla oynaması gözlənilir.