İquain modelə: Ayaqlarını çək göndər

İquain modelə: Ayaqlarını çək göndər
11-01-2017 / 16:03 FUTBOL
3572

“Yuventus”un hücumçusu Qonzalo İquainlə bağlı maraqlı məlumat yayılıb. Apasport.az saytı xəbər verir ki, tanınmış model Antonella Fiordelisi argentinalı forvardla sosial şəbəkədəki yazışmalarını mətbuata sızdırıb.

 

İquain “instagram” vasitəsilə əvvəlcə 18 yaşlı modeli “izləmə”yə alıb, ardından isə onun şəklini paylaşıb.

 

Bununla kifayətlənməyən ulduz futbolçu yazışma zamanı Fiordelisidən şəklini istəyib. Onun “budların həqiqidi, yoxsa fotoşopla düzəldilib? Gerçək şəklini çək göndər” sözlərinə qarşılıq model üz şəklini göndərib və belə cavab verib: “Belə olmaz. Amma mənə Salernoda gəzinti və bir qəhvə təklif etsən, gəlməyə hazıram”.

 

Fiordelisi daha sonra futbolçu ilə yazışmalarını mətbuata sızdırmasına görə, peşman olduğunu bildirib: “Bunun fərqinə vardıqda söhbəti sildim. Amma çox gec idi. Ona zərər vurmaq istəməzdim. İnsanlar hər şeyi mənim etdiyimi dedilər, ancaq onunla yazışmağı heç düşünmürdüm. İquain özü məni siyahıya saldı. Ümid edirəm ki, onunla həyatda normal şərtlərdə görüşərəm”.