Ronaldinyo yeni imicdə - FOTO

Ronaldinyo yeni imicdə - FOTO
12-01-2017 / 00:10 FUTBOL
561

Braziliyalı futbolçu Ronaldinyo yenə mətbuatın diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, hər zaman maraqlı hərəkətləri ilə gündəmdə qalmağı bacaran “dovşandiş” bu dəfə də imici ilə diqqət çəkib.

 

Belə ki, Roni qardaşının təşkil etdiyi əyləncəli gecəyə yeni saç rəngi ilə gedib. Qarabəniz futbolçu saçını sarıya boyayıb.

 

Braziliyalı başındakı papağı ilə yeni imicini gizləməyə, mümkün qədər mətbuatdan uzaq gəzməyə çalışsa da, qardaşının sevgilisi tərəfindən fotosu sosial şəbəkədə paylaşılaraq bir anda hər kəsin marağına səbəb olub.