Reynaldo yenə komandadan ayrı düşdü

Reynaldo yenə komandadan ayrı düşdü
12-01-2017 / 00:15 FUTBOL
487

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlığın yeddinci günündə ağdamlılar bir məşqlə kifayətləniblər.

 

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.

 

İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, bir neçə gün öncə klubdan verilən açıqlamada braziliyalı oyunçunun tamamilə sağaldığı və komanda yoldaşları ilə birlikdə məşq etdiyi bildirilmişdi.