Məşhur klub 3 il Avrokuboklardan uzaqlaşdırıldı

Məşhur klub 3 il Avrokuboklardan uzaqlaşdırıldı
12-01-2017 / 00:25 FUTBOL
411

Serbiyanın tanınmış komandalarından “Partizan” ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi 3 il müddətinə avrokuboklardan kənarlaşıdırılıb.

 

Bu barədə UEFA-dan açıqlama yayılıb. Bildirilib ki, “ağ-qaralar”ın son 5 ildə 3 dəfə borclarını ödəmədiyi, buna görə klubun 3 il müddətinə avrokuboklardan kənarlaşdırıldığı qeyd edilib.

 

Qeyd edək ki, “Partizan”ın ötən ilin sentyabrına kimi 2,5 milyon avro borcu olduğu vurğulanıb.