Mustafa Dənizli aşağı dəstə klubunda

Mustafa Dənizli aşağı dəstə klubunda
15-02-2017 / 17:17 FUTBOL
331

Türkiyənin tanınmış məşqçilərindən olan Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı çalışdırıcı fəaliyyətini PTT I Liqada davam etdirəcək.

 

Belə ki, Dənizli “Əskişəhərspor”la anlaşıb. Məlumat klub tərəfindən də təsdiqlənib. “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi yeni klubu ilə sabah rəsmi sözləşmə imzalayacaq.

 

Məşqçilik karyerasında Azərbaycanla yanaşı, İran və Almaniyada da çalışmış Dənizlinin son iş yeri 2015-2016 mövsümündə rəhbərlik etdiyi “Qalatasaray” olub.