22 futbolçuya ömürlük cəza verildi

22 futbolçuya ömürlük cəza verildi
15-02-2017 / 17:44 FUTBOL
378

Asiya Futbol Konfederasiyası (AFK) sərt qərarlarla gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, AFK 22 oyunçunu futboldan uzaqlaşdırıb.

 

Buna səbəb həmin futbolçuların danışılmış oyunlarda iştirak etmələridi. Belə ki, oyunçular çempionat matçlarında qeyri-qanuni yola əl atdıqları üçün ömürlük diskvalifikasiyaya məruz qalıblar. Cəzalandırılanlar arasında əslən Laos və Kambocadan olan və karyerasını bitirənlər də var. Araşdırma davam etdiyindən, hələlik həmin oyunçuların adları açıqlanmır.

 

Qeyd edək ki, FİFA sanksiyaları beynəlxalq miqyasda genişləndirə bilər.