“Roma”nın futbolçusuna “Fiorentina”dan təklif

“Roma”nın futbolçusuna “Fiorentina”dan təklif
15-02-2017 / 18:17 FUTBOL
196

İtaliya yığmasının futbolçusu Stefan Əl-Şaravi “Roma”dan ayrıla bilər. Apasport.az saytı “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Fiorentina”nın diqqət mərkəzinə düşüb.

 

Florensiya təmsilçisi Əl-Şaravini mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. Tərəflər arasında danışıqlara indidən start verilib. Lakin “Fiorentina” rəhbərliyi bu istəyini həyata keçirmək üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, “Las-Palmas” və “Uotford” klubları da Əl-Şaravi ilə yaxından maraqlanır.

 

Qeyd edək ki, “Roma”ya ötən il “Milan”dan keçmiş Əl-Şaravi 2012-ci ildən İtaliya millisinin üzvü sayılır.