İnyesta Puyolu arxada qoydu, hədəfdə Xavidi

İnyesta Puyolu arxada qoydu, hədəfdə Xavidi
15-02-2017 / 20:11 FUTBOL
249

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş PSJ – “Barselona” matçı qonaqların oyunçusu Andreas İnyesta üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü bu qarşılaşma ilə birlikdə qitənin ən nüfuzlu klub turnirində 121-ci matçına çıxıb.

 

O, bu göstərici ilə keçmiş komanda yoldaşı Karles Puyolu geridə qoyaraq 2-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Barselona”nın heyətində ÇL-də ən çox oyun keçirmiş oyunçu Xavidir. 32 yaşlı İnyesta keçmiş kapitanı geridə qoymaq üçün ən 157 matç göstəricisinə çatmalıdır.