“Mançester Siti” dünyanın ən yaxşı futbolçusunu aldı

“Mançester Siti” dünyanın ən yaxşı futbolçusunu aldı
15-02-2017 / 22:08 FUTBOL
477

Son iki ildə dünyanın ən yaxşı qadın futbolçusu seçilən Karli Lloyd karyerasını “Mançester Siti”nin qadınlardan ibarət komandasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “şəhərlilər”in saytı xəbər yayıb.

 

Məlumatda 34 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna kimi komandanın şərəfini qoruyacağı qeyd edilib. Lloyd daha sonra doğma klubu “Hyuston Daş”a qayıdacaq.

 

Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət millisinin üzvü olan Karli, yığmanın heyətində 2 dəfə olimpiya, 1 dəfə isə dünya çempionu olub. O, son iki ildə FİFA-nın versiyasına görə ilin ən yaxşı qadın futbolçusu seçilib.