Benzema həmyerlisini keçdi, Nisterloya az qalıb

Benzema həmyerlisini keçdi, Nisterloya az qalıb
16-02-2017 / 00:32 FUTBOL
259

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Napoli” ilə qarşılaşan “Real”ın hücumçusu Kərim Benzema oyunda hesabı bərabərləşirən qolu vuraraq özü üçün əlamətdar göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, bu qolla Çempionlar Liqasında 51-ci dəfə rəqib qapıçıları məyus edən fransız hücumçu həmyerlisi Tyerri Anrini arxada qoyaraq ən çox qol vuran oyunçuların siyahısında 5-ci olub.

 

Qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran oyunçuların siyahısına isə Kristiano Ronaldo başçılıq edir. O, 95 dəfə bu sevinci yaşayıb.

 

İkinci sırada “Barselona”nın ulduzu Lionel Messi qərarlaşıb. Argentinalının aktivində 93 qol var.

 

Üçüncü sıranın sahibi isə 71 qolla əfsanəvi ispan Rauldur.

 

Benzema daha bir pillə irəliləmək üçün isə “Mançester Yunayted” və “Real”dakı çıxışı ilə məşhurlaşmış hollandiyalı Rud Van Nisterloyu (56 qol) arxada qoymalıdır.