Həmyerlimiz oynamadı, komandası uduzdu

Həmyerlimiz oynamadı, komandası uduzdu
16-02-2017 / 01:15 FUTBOL
233

Portuqaliya Sequndasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası növbəti oyununu keçirib.

 

Lissabon təmsilçisi evdə “Varzim”lə qarşılaşıb. Həmyerlimiz zədə səbəbindən matçda iştirak etməyib. Qarşılaşma isə qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, 27 turdan sonra hesabında 27 xal olan “Sportinq B” 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.