Ən yaxşıların dueli: Şehiç Bezotosnıya qarşı

Ən yaxşıların dueli: Şehiç Bezotosnıya qarşı
16-02-2017 / 14:59 FUTBOL
255

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” və “Qarabağ” arasında mərkəzi oyunu həm də çempionatın iki ən yaxşı qolkiperinin dueli olacaq. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ən çox “quru” oyun keçirən qapıçılar məhz liderlərin əlcək sahibləridi.

 

Bu siyahıya isə “Qəbələ”nin qolkiperi Dmitri Bezotosnı başçılıq edir. O, arxada qalan 18 turdan 11-də qapısını toxunulmaz saxlayıb. Bu da mövsümün rekordudu.

 

Ukraynalı legioneri onun “Qarabağ”dakı həmkarı İbrahim Şehiç izləyir. Bosniya və Herseqovinadan olan qapıçı cəmi 11 matça çıxıb. Bunların 7-də onun qapısına qol vurulmayıb.

 

3-cü pillədə isə “Kəpəz”in legioneri Tadas Simaitis qərarlaşıb. Litvalı keçirdiyi 17 görüşdə 6 dəfə “0”a nail olub.

 

Əcnəbi qapıçıların kölgəsində it-bat olan yerlilər arasında 4-dən çox “quru” oyun keçirən yoxdu. Məhz dörd qarşılaşmada qapısını toxunulmaz saxlayanların sayı isə 5-dir. Bunlar Aqil Məmmədov (AZAL), Səlahət Ağayev (“İnter”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Fərhad Vəliyev (“Sumqayıt”) və Anar Nəzirovdu (“Zirə).