Nə Buffon, nə də Noyer...

Nə Buffon, nə də Noyer...
16-02-2017 / 16:45 FUTBOL
260

Avropada cari mövsüm komandasının imdadına yetişən qapıçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatlarında rəqib hücumçularına ən çox mane olan qolkiperlərin sıralamasında böyük klubların heç bir dəri əlcək sahibi yoxdu.

 

Maraqlıdı ki, bu mövsüm ən çox real qol vəziyyətini qaytaran qapıçı “Qranada”lı Gilyermo Oçoadı. Meksika millisinin üzvü La Liqada çərçivədə durduğu 21 görüşdə ümumilikdə 20 yüz faizlik top çıxarıb. “Bursaspor”un və Türkiyə millisinin qolkiperi Harun Təkin isə 16 inanılmaz qurtarışla qitənin 5-cisi olub.

 

Ən çox inanılmaz qurtarış edən qapıçılar:

1. Gilyermo Oçoa (“Qranada”): 21 oyun, 20 qurtarış

2. Baptiste Reynet (“Dijon”): 25 oyun, 18 qurtarış

3. Lukaş Skorupski (“Empoli”): 22 oyun, 18 qurtarış

4. Bernd Leno (“Bayer”): 20 oyun, 17 qol

5. Harun Təkin (“Bursaspor”): 20 oyun, 16 qurtarış