“Bu nəticəni gözləmirdim, çox təəccübləndim”

“Bu nəticəni gözləmirdim, çox təəccübləndim”
16-02-2017 / 17:26 FUTBOL
279

“Bu məğlubiyyətdən sonra çox üzüldüm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes deyib.

 

Hazırda karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirən təcrübəli yarımmüdafiəçi İspaniya mətbuatına açıqlama verib.

 

Xavi sabiq komandası “Barselona”nın Çempionlar Liqasında PSJ-yə biabırçı (0:4) məğlubiyyəti barədə danışıb. Nəticədən təəccübləndiyini deyən 37 yaşlı xavbek PSJ-ni tərifləyib: “Hamı kimi, mən də bu nəticəni gözləmirdim. Çox təəccübləndim. Amma parislilərin də haqqına girmək olmaz. PSJ tarixinin ən yaxşı oyunlarından birini keçirdi. Bu, futboldu. Hərdən rəqib səndən güclü olur”.