“Barselona” və “Arsenal” üçün nümunə

“Barselona” və “Arsenal” üçün nümunə
16-02-2017 / 18:32 FUTBOL
319

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında iki qarşılaşmada darmadağının qeydə alınıb. Apasport.az saytının məlumatına görə, UEFA cavab matçında ən böyük geri dönüş edən klubların adlarını açıqlayıb.

 

“Barselona”nın səfərdə PSJ-yə 0:4, “Arsenal”ın rəqib meydanında “Bavariya”ya 1:5 hesabı ilə uduzmasından sonra qitə futbol qurumu məğlublar üçün nümunələr göstərib. Söhbət ilk görüşdəki 4 top fərqini aradan qaldırmağa nail olanlardan gedir.

 

İlk belə hadisə 1961/62 mövsümündə yaşanıb. Kuboklar Kubokunda çıxış edən Portuqaliya təmsilçisi “Leykoeş” İsveçrədə 2:6 hesabı ilə uduzduğu “La-Şo-de-Fon”u öz meydanında 5:0 hesabı ilə yenib.

 

1984/85 mövsümündə UEFA kubokunda da oxşar hadisə qeydə alınıb. Serbiya “Partizan”ı İngiltərədə KPR-a 2:6 hesabı ilə uduzsa da, evdə 4 cavabsız qol vurub və səfər topları hesabına mərhələ keçib.

 

1 il sonra eyni turnirdə “Real” Mönhenqladbax “Borussiya”sına əzmkarlıq nümunəsi göstərib. Almaniyada 1:5-ə üzülən madridlilər evdə 4:0-a sevinib. Həmin il “Kral klubu” kuboku da başı üzərinə qaldırıb.

 

Qeyd edək ki, “Arsenal” və “Barselona”nın ev oyunları martın 7-8-də keçiriləcək.