“Monako” klub almaq istəyir

“Monako” klub almaq istəyir
16-02-2017 / 20:27 FUTBOL
259

“Monako” Belçikanın “Serkl Brügge” klubunun səhmlərinin bir hissəsinə sahib olmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu barədə “knyazlıq klubu” rəsmi açıqlama verib.

 

“Qırmızı-ağlar”ın rəhbərliyi Belçika klubuna təkliflə müraciət edəcək. Tərəflərin fevralın sonuna kimi razılığa gəlməyi planlaşdırdığı qeyd edilib.

 

“Monako” “Serkl Brügge”nin səhmlərinə sahib olmaqla aşağı yaş qruplarında yetişən oyunçulara təcrübə toplamaq baxımından yeni imkanlar yaratmağı planlaşdırır. Hazırda “knyazlıq klubu”nun əvəzedici komandası Fransanın 4-cü liqasında çıxış edir.

 

Qeyd edək ki, “Serkl Brügge” Belçikanın 2-ci liqasında çıxış edir. Klub tarixi ərzində 3 dəfə Belçika çempionu, 2 dəfə isə ölkə kubokunun qalibi olub.