“Əcnəbi hakimlərə ehtiyac var” – Rəşad Sadıqov

“Əcnəbi hakimlərə ehtiyac var” – Rəşad Sadıqov
16-02-2017 / 21:08 FUTBOL
2928

“Mən hər zaman yerli hakimləri də, həkimləri də, məşqçiləri də dəstəkləmişəm. Ancaq bəzən elə vəziyyət yaranır ki, təzyiqlərə tab gətirmək olmur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

 

“CBC Sport” kanalında yayımlanan “3-cü hissə” verilişinə qonaq olan milli komandamızın kapitanı artıq bəzi prinsipial oyunlarda əcnəbi hakimlərə ehtiyac olduğunu qeyd edib: “Heç kim məndən inciməsin, ancaq artıq bəzi matçlarda əcnəbi hakimlərin idarə etməsinə ehtiyac var. Bu il bir daha bu fikrimdə əmin oldum. Çünki haqsız yerə cəzalar, itkilər çox olur. Şəxsi fikrimdi, çox istərdim ki, prinsipial oyunlara xaricdən ədalət təmsilçiləri dəvət edilsin. Ajiotajın böyük olduğu mərkəzi oyunlardı, kubokun final oyunlarıdı ki, onların öhdəsindən gəlmək yerli hakimlər üçün çətin olur”.

 

Təcrübəli oyunçu istəyini belə izah edib: “Onlar da təzyiqə məruz qalırlar. Üstəlik yaxşı hakimlərin qıtlığı da müşahidə olunur. Cəmi 6-7 nəfər yaxşı referi var ki, onların da yorulmağı, şəxsi problemləri olur ki, bu zaman ciddi qüsurlar yaranır”.