Klas-Yan Huntelar 16-cı oldu

Klas-Yan Huntelar 16-cı oldu
17-02-2017 / 09:53 FUTBOL
172

“Şalke”nin hücumçusu Klas-Yan Huntelar öz göstəricisini bir qədər də yaxşılaşdırıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı forvard avrokuboklarda daha bir dəfə fərqlənib.

 

Belə ki, Avropa Liqasının 1/16 final mərhələsində PAOK-la səfər qarşılaşmasında “Şalke”nin 3-cü qoluna imza atan Huntelar avrokuboklarda qollarının sayını 50-yə çatdırıb. 33 yaşlı futbolçu buna 81 matçda nail olub. Huntelar bu qollardan 34-nü Avropa Liqasında, 16-nı isə Çempionlar Liqasında vurub. O, “Şalke”də 31, “Ayaks”da 14, “Herenven”də isə 5 dəfə fərqlənib.

 

Hollandiya millisinin üzvü avrokuboklarda 50 qol səddinə çatan 16-cı futbolçu olub. Bu baxımdan “Real”ın hücumçusu Kriştianu Ronaldo 98 qolla liderdi. Onu 96 topla “Barselona”nın oyunçusu Lionel Messi izləyir.

 

Qeyd edək ki, PAOK – “Şalke” görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.