Qar yağdı, oyun təxirə salındı

Qar yağdı, oyun təxirə salındı
17-02-2017 / 10:41 FUTBOL
303

Azərbaycan çempionatının daha bir oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, XIV turu bütövlükdə baş tutmayan I divizionun XVI turunda da 1 görüş keçirilməyəcək.

 

Buna ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Peşəkar Futbol Liqasının qərarına əsasən “Şahdağ” – “Bakılı” görüşü təxirə salınıb.

 

Qarlı hava üzündən matç bu gün deyil, martın 30-da tarixində keçiriləcək.