Ürəyindəki problemdən qurtuldu, futbola qayıdır

Ürəyindəki problemdən qurtuldu, futbola qayıdır
17-02-2017 / 11:20 FUTBOL
300

ABŞ yığmasının üzvü Klint Dempsi futbola qayıdıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Sietl Saunders” klubunun yarımmüdafiəçisi sağlamlıqla bağlı üzləşdiyi problemdən qurtulub.

 

Belə ki, 34 yaşlı futbolçu ürəyindəki problemlə əlaqədar, son yarım il ərzində yaşıl meydanlardan uzaq düşmüşdü. Lakin Dempsi hazırda özünü yaxşı hiss etdiyini və futbol oynamağa hazır olduğunu bildirib: “İdeal formama yaxınlaşıram. İndiki vəziyyətdə 85-90 faiz hazıram”.

 

Qeyd edək ki, karyerası ərzində “Fulhem” və “Tottenhem” klublarının da formasını geyinmiş Dempsi həkimlərin məsləhətinə əsasən, sentyabrda məşqləri dayandırmışdı.