Azərbaycan idmançısından rekord

Azərbaycan idmançısından rekord
17-02-2017 / 11:43 DİGƏR NÖVLƏR
356

İsveçrədə dağ xizəyi üzrə dünya çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Patrik Braxner də qüvvəsini sınayır.

 

Milliləşən legioner Sankt-Moritsdə təşkil olunan yarışda qiqant-slalomda start xəttinə çıxıb. İlk cəhddə məsafəni 1 dəqiqə 2,32 saniyəyə qət edən idmançımız ikinci startda nisbətən zəif olub – 1.03,37. Yekunda 2.05,69 nəticə göstərən Patrik mundialı 30-cu pillədə başa vurub.

 

Bu göstərici Braxner üçün yeni rekorddu. Belə ki, təmsilçimiz karyerasında heç vaxt dünya 30-cusu olmamışdı. 2011-ci ildə qiqant-slalonda 83-cü, 2013-cü ildə slalomda 37-ci olan Patrik 4 il öncəki rekordunu 7 pillə yaxşılaşdırıb.  O, həmin mundiallarda digər növdə finişə çatmayıb.

 

Qeyd edək ki, dünya çempionu olan hollandiyalı Stefan Vinkelhorst iki cəhdin cəmində 1 dəqiqə 59,08 saniyə ntəicə göstərib.