Venger qərarını yazda açıqlayacaq

Venger qərarını yazda açıqlayacaq
17-02-2017 / 12:22 FUTBOL
178

“Arsenal”ın baş məşqçisi Arsen Venger London klubundakı karyerası ilə bağlı qərarını yazda açıqlayacaq. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı çalışdırıcı “topçular”dakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı fikrini hələ ki qətiləşdirməyib.

 

Bu səbəbdən Vengerin “Arsenal” rəhbərliyinin yeni müqavilə təklifinə necə cavab verəcəyi bilinmir. Təcrübəli mütəxəssis yekun qərarını mart və ya aprel aylarında açıqlayacağını vurğulayıb.

 

Qeyd edək ki, “Arsenal”ın UEFA Çempionlar Liqasında “Bavariya”ya 1:5 hesablı məğlubiyyətindən sonra Vengerin postundan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı.