Qəbələdə çempionluq savaşı, Bakıda əbədi derbi

Qəbələdə çempionluq savaşı, Bakıda əbədi derbi
17-02-2017 / 13:00 FUTBOL
3081

Sabah Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tur maraqlı qarşılaşmalarla diqqət çəkir.

 

İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gələcək. Paytaxt derbisində “İnter”lə “Zirə” qarşılaşacaq. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini yenməyə iddialıdı. Bu il meydanı qolsuz tərk etməyən “İnter” iki turdu qələbə həsrətində olan qəsəbə komandasının 4-cü yer arzusunun üstündən xətt çəkmək niyyətindədi. Ayxan Abbasovun komandası isə rəqibinə yaxınlaşmaq üçün 3 xal qazanmağa borcludu.

 

İlk oyunu günü Azərbaycan futbolunun ən köklü derbisi ilə başa çatacaq. İki ən zəngin tarixə malik komanda “Neftçi” və “Kəpəz” paytaxtda üz-üzə gələcək. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar əbədi derbiyə fərqli durumda gəlib. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəyə köklənib. Şahin Diniyevin başçılıq etdiyi qərblilər isə 5 matçlıq məğlubiyyət seriyasından sonra yuvarlandığı 7-ci pilləni tərk etmək üçün qalib gəlməlidi.

 

Turun ikinci gününə Sumqayıtda start veriləcək. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkəcək. Bu il qələbəsi olmayan AZAL xal ehtiyatını artırmaq iddiası ilə səfərə yollanıb. Tərlan Əhmədovun yetirmələri 3-cü matçda da rəqibini büdrətmək əzmindədi. Samir Abasovun komandası isə ev oyununda qalib gəlib, “Neftçi” məğlubiyyətini unutdurmalıdı.

 

Həftəyə Qəbələdə yekun vurulacaq. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. Son 3 mövsümün çempionu “Qarabağ” liderliyini qorumaq üçün “Qəbələ”yə uduzmamalıdı. Meydan sahibləri isə zirvəni ələ keçirmək üçün mütləq qalib gəlməlidi.

 

Hər iki komandanın itkilərlə çıxacağı matç çempionluq yolunda böyük önəm kəsb edir. Qurban Qurbanovun yetirmələri 3 oyunluq qələbə seriyasını davam etdirsə, 6 xallıq fərqlə qızıla daha da yaxınlaşacaq. Roman Qriqorçukun yetirmələri isə xal itkisi ilə işini çətinə salacaq.


Azərbaycan Premyer Liqası

XIX tur

18 fevral (şənbə)

15:30. “İnter” – “Zirə”
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1

“İnter Arena”

 

18:00. “Neftçi” – “Kəpəz”
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2

8-ci km qəsəbə stadionu


19 fevral (bazar)

15:00. “Sumqayıt” – AZAL
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1

Sumqayıt. Şəhər stadionu


17:30. “Qəbələ” – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2

Qəbələ şəhər stadionu

 

1.

Qarabağ

18

13

3

2

32-8

42

2.

Qəbələ

18

11

6

1

36-10

39

3.

İnter

18

8

8

2

29-18

32

4.

Sumqayıt

18

5

7

6

19-23

22

5.

Zirə

18

6

4

8

16-20

22

6.

Neftçi

18

5

1

12

14-33

16

7.

Kəpəz

18

3

6

9

12-22

15

8.

 AZAL

18

1

5

12

8-32

8

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 10.