Azərbaycan çempionu Naxçıvanda müəyyənləşəcək

Azərbaycan çempionu Naxçıvanda müəyyənləşəcək
17-02-2017 / 14:43 TOP OYUNLARI
335

Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunlarının tarixi və keçirilmə yeri açıqlanıb. Voleybol Federasiyasından apasport.az saytının məlumatına görə, III mərhələ Bakıda təşkil olunacaq.

 

Fevralın 27-də Dərnəgüldə “Azərreyl” Voleybol Bazasında başlayacaq oyunlar matın 3-də bitəcək.

 

Ardınca eyni arenada pley-offa start veriləcək. Martın 15-17-də olacaq 3 günlük görüşlərdən sonra həlledici matçlar Naxçıvanda təşkil olunacaq.

 

Burda son oyunlar martın 28-də başlayacaq və ayın 31-də Azərbaycan çempionunun adına aydınlıq gələcək.

 

Qeyd edək ki, 2 dövrədən sonra “Neftçi” vahid liderdi.