“Barselona”nın sonu gəlir” – Kataloniya klubunun sabiq futbolçusu

“Barselona”nın sonu gəlir” – Kataloniya klubunun sabiq futbolçusu
17-02-2017 / 15:14 FUTBOL
616

Madrid “Real”ının sabiq baş məşqçisi Bernd Şuster Çempionlar Liqasının 1/8 final mərhələsindəki ilk oyunları dəyərləndirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis futbolçu kimi formalarını geyindiyi “Barselona” və “Real” haqda danışıb.

 

Onun fikrincə, PSJ-yə böyükhesablı (0:4) məğlubiyyət “Barselona”nın əvvəlki əzəmətini itirdiyini göstərir: “Barselona”nın sonu gəlir. PSJ ilə oyun bunu bir daha ortaya qoyur”.

 

“Real” – “Napoli” (3:1) matçı barədə də fikir bildirən Şuster “kral klubu”nun hücumçusu Kərim Benzemanı tərifləyib: “Real” çox önəmli qələbə qazandı. Benzema komanda yoldaşları üçün əlavə üstünlükdü. Kriştianu Ronaldo da ona önəmli boşluqlar yaradır”.

 

Qeyd edək ki, 2007-08 mövsümündə “Real”ı çalışdıran Bernd Şuster son olaraq 2013-14 mövsümündə “Malaqa”nın “sükanı arxası”nda olub.