Beyl “Espanyol”a qarşı oynayacaq?

Beyl “Espanyol”a qarşı oynayacaq?
17-02-2017 / 16:03 FUTBOL
188

“Real”ın uelsli futbolçusu Qaret Beyl sıraya dönüb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun La Liqanın XXIII turunda meydana çıxacağı gözlənilir.

 

Belə ki, ispan həmkarlar Beylin “Espanyol”la qarşılaşmada komandasına kömək etmək ehtimalının yüksək olduğunu yazıblar. Uels yığmasının üzvü dabanından aldığı zədə ilə əlaqədar, təxminən 3 ay idi ki, yaşıl meydanlardan uzaq düşmüşdü.

 

Qeyd edək ki, karyerası ərzində “Sauthempton” və “Tottenhem” klublarının da formasını geyinmiş Beyl 2013-cü ildən “Real”ın uğurları üçün çalışır.