"Neftçi" – "Kəpəz": biletlərin qiymətləri açıqlandı

17-02-2017 / 16:06 FUTBOL
344

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Kəpəz” oyununun biletləri satışa çıxarılıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, adi biletlərin qiyməti 1, VİP yerlər üçün biletlərin dəyəri isə 5 manatdı.

 

Biletləri 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.

 

Qeyd edək ki, fevralın 18-də keçiriləcək matç saat 18:00-da başlanacaq.