“Oyunçularımızın beyni sönmüşdü” - Zoran Qayiç

“Oyunçularımızın beyni sönmüşdü” - Zoran Qayiç
17-02-2017 / 18:05 TOP OYUNLARI
415

“Biz heç də ən yaxşı oyunumuzu göstərmədik. Hətta bacarığımızın 50 faizini belə nümayiş etdirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Serbiyalı mütəxəssis komandasının Azərbaycan Super Liqasında ilk məğlubiyyətini şərh edib. O bildirib ki, “Azəryol”la (0:3) görüşdə yetirmələri özlərini yaxşı tərəfdən göstərməyib: “Voleybolda bəzən belə hallar da olur. Sanki oyunçularımızın beyni sönmüşdü. Buna baxmayaraq, hədəfimiz dəyişmir. Yerdə qalan bütün oyunlarda qələbə qazanmalıyıq”.

 

Qeyd edək ki, “Telekom” Super Liqada 314 gündən sonra uduzub.