“Telekom”la matçda möhtəşəm oynadıq” - Eldar Yusubov

“Telekom”la matçda möhtəşəm oynadıq” - Eldar Yusubov
17-02-2017 / 18:11 TOP OYUNLARI
253

“Bu oyunadək komandamızda blokda və toppaylayıcı mövqeyində problemimiz vardı. Amma “Telekom”la matçda möhtəşəm oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Azəryol”un baş məşqçisi Eldar Yusubova məxsusdu.

 

Təcrübəli mütəxəssis komandasının Super Liqada “Telekom” üzərində qələbəsinə münasibət bildirib. Onun sözlərinə görə, artıq komandası yaxşı formadadı: “Mövsümün gedişində “Telekom” və “Azərreyl”dən xal almağı bacarmışdıq. Amma tay-brekdə məğlub olmuşduq. Mən də bilirdim ki, nə vaxtsa böyük klub üzərində qələbə qazanacağıq. Bunu da bacardıq”.

 

Qeyd edək ki, “Azəryol” rəqibini 3:0 hesabı ilə məğlub edib.