“Sumqayıt”ın rəqiblərinə xoş xəbər

“Sumqayıt”ın rəqiblərinə xoş xəbər
17-02-2017 / 20:16 TOP OYUNLARI
505

Azərbaycan Voleybol Federasiyası ölkə çempionatından imtina edən “Sumqayıt”la bağlı qərarını açıqlayıb. Qurumdan apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət yüksək dəstədə çıxışını dayandıran “Gənclik şəhəri” təmsilçisinə növbəti matçlarda texniki məğlubiyyət veriləcək.

 

Belə ki, III dövrədən ibarət olacaq yarışda komanda oyunlarından çoxunu keçirib. Bu səbəbdən onların nəticələri saxlanılacaq və digər matçlarda da rəqiblərinə 3:0 (25:0, 25:0, 25:0) hesablı qələbə veriləcək.

 

Qeyd edək ki, “Sumqayıt” 10 turdan sonra xal qazanmamışdı.