“Beşiktaş”ın rəqibi bəlli oldu - YENİLƏNİB

“Beşiktaş”ın rəqibi bəlli oldu - YENİLƏNİB
17-03-2017 / 16:11 FUTBOL
5210

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.

 

Yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası “Beşiktaş”ın da rəqibi Nyonda bəlli olub. Kor püşk “ağ-qaralar”ı Fransa təmsilçisi “Lion”la üz-üzə qoyub. 

 

 

Avropa Liqası

1/4 final

(13 və 20 aprel)

“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)

“Selta” (İspaniya) - “Genk” (Belçika)

“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)

“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)