“Bizə yalnız “Barselona” kömək etdi” - “Şapekoense”nin prezidenti

“Bizə yalnız “Barselona” kömək etdi” - “Şapekoense”nin prezidenti
17-03-2017 / 12:28 FUTBOL
406

Braziliyanın “Şapekoense” klubunun prezidenti Plinio David de Nes Filyo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, ötən ilin noyabrında üzləşdikləri faciədən sonra yardım əlini uzadan klubun adını açıqlayıb.

 

Bir çox klub və futbolçunun təyyarə qəzasına uğrayan “Şapekoense”yə maddi yardım etdiyi haqda xəbərlər yayılsa da, Filyo bunu təkzib edib.

 

O bildirib ki, yalnız “Barselona” çətin durumda olan Braziliya təmsilçisinə yardım göstərib: “Barselona” “Şapekoense”yə maliyyə yardımı göstərən yeganə klubdu. Onlar ilk gündən bizə dəstək oldular. Kataloniyalılar Hamper Kubokunda oynamağı təklif etdilər. Yəqin ki, səfər xərclərini özləri qarşılayacaqlar. Bilet satışı və teleyayımdan əldə ediləcək gəlir isə aramızda bölünəcək”.