“Mançester Yunayted” 3, “Beşiktaş” 2 futbolçu ilə... - FOTO

“Mançester Yunayted” 3, “Beşiktaş” 2 futbolçu ilə... - FOTO
17-03-2017 / 13:01 FUTBOL
359

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının rəmzi komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA 7 klubun oyunçularından ibarət simvolik heyət açıqlayıb.

 

“11-lik”də ən çox futbolçu ilə təmsil olunan komanda “Mançester Yunayted”di. “Qırmızı şeytanlar”ın 3 üzvü heyətə düşə bilib. Bundan başqa “Beşiktaş”la “Şalke”nin hərəsinin 2, “Selta”, “Ayaks”, “Genk” və “Anderlext”in isə 1 futbolçusu rəmzi komandaya düşüb.

 

Simvolik “11-lik”

Qapıçı: Serxio Romero (“Mançester Yunayted”)

Müdafiəçilər: Mattiys de Layt (“Ayaks”), Qustavo Kabral (“Selta”), Antonio Valensiya (“Mançester Yunayted”), Sead Kolasinaç (“Şalke”)

Yarımmüdafiəçilər: Xuan Mata (“Mançester Yunayted”), Leon Qoretska (“Şalke”), Jan-Pol Boetius (“Genk”), Rikardo Kuarejma (“Beşiktaş”)

Hücumçular: Rayan Babel (“Beşiktaş”), Frank Açemponq (“Anderlext”)