Renat Dadaşov Almaniya ilə oyuna çağırıldı

Renat Dadaşov Almaniya ilə oyuna çağırıldı
17-03-2017 / 14:10 FUTBOL
475

“Ayntraxt”ın U-19 komandasının üzvü Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilk dəfə əsas yığmamıza çağırılıb.

 

Alman həmkarlarımız millinin baş məşqçisi Robert Prosineçkinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə baş tutacaq oyuna Renat Dadaşovu da dəvət etdiyini açıqlayıblar. Bu barədə AFFA-dan “Ayntraxt” klubuna məktub göndərilib.   

 

Gənc forvard həftəsonu Bakıya gələcək.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.