"Neftçi" – "İnter" oyununun biletləri satışda

17-03-2017 / 14:16 FUTBOL
173

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyununun biletləri satışa çıxarılıb. Apasport.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, adi biletləri qiyməti 1, VİP yerlər üçün biletlərin dəyəri isə 5 AZN-di.

 

Azarkeşlər biletləri 8-ci km stadionunun kassalarından əldə edə biləcəklər.

 

Qeyd edək ki, martın 18-də keçiriləcək oyun saat 19:37-də başlanacaq.